Tikinti

Çex daşınmaz əmlakı bugün istər əcnəbi turistlər, istərsə də yerli əhali üçün eyni dərəcədə aktuallıq kəsb edir. Əcnəbiləri ilk növbədə Avropanın mərkəzində daşınmaz əmlakın o qədər də yüksək olmayan qiyməti, ölkənin ümumi iqtisadi inkişafının nəticəsi olaraq qiymətlərin stabil olması, xeyirli olanla rahatlıq gətirən məqamları birləşdirmək – sərfəli işə və istirahətə pul yatırmaq imkanı cəlb edir. Yerli əhali isə o qədər də keyfiyyətli olmayan yaşayış yerlərini həyat tərzinin ümumi inkişafı fonunda yeniləri ilə dəyişir. Hətta qlobal maliyyə böhranının indiki gərgin vaxtında belə, çex daşınmaz əmlakına tələbat başqa ölkələrlə müqayisədə çox cüzi dərəcədə aşağı düşüb.

Bu gün Çexiyada biznesin yönəldildiyi ən gəlirli və səmərəli sahələrdən biri tikintidir. Yəni, məsələn, Siz kurort imkanları olan ərazidə böyük torpaq sahəsi alıb onu kotteclər tikmək üçün bir neçə balaca sahəyə bölsəniz və hər sahəyə zəruri olan mühəndis kommunikasiyalarını çəksəniz, qoyduğunuz vəsaitdən bir neçə qat artıq gəlir götürərsiniz (hələ biz kotteclərin tikilməsi və satılmasından danışmırıq).

 


 

LS İNTERİNVEST şirkəti tikinti sektoru ilə əlaqədar Sizin üçün aşağıdakı xidmətləri göstərməyə hazırdır:

- münasib torpaq sahəsinin tapılması;

- firmanı Çexiyada qeydiyyatdan keçirmək və lazım olan lisenziyaları almaq;

- tikintiyə başlamaq üçün lazımi sənədlər paketini toplamaq;

- Sizin üçün (həmçinin ailə üzvləriniz və ortaqlarınız üçün) biznes-vizaların tərtib 

   edilməsində  köməklik göstərmək;

- Sizə və Sizin Çexiyadakı biznesinizə zəruri hüquqi və məsləhət dəstəyinin təmin edilməsi.



Ən effektiv təhsil proqramı!
Praqada ən böyük hazırlıq mərkəzində
Daxil olmanın zəmanəti!