Çex dilinin Çexiyada tədrisi

Çexiya universitetlərinə qəbul olunmaq üçün Çex dilini yaxşı bilmək, əsas fənlərdən hazırlıqlı olmaq və sənədləri vaxtında təqdim etmək tələb olunur. «LS Inter Invest» şirkəti Çexiya ali məktəblərində təhsil almaq istəyənlərə Çex dilinin öyrənməsində və seçdiyiniz universitetə tələb olunan sənədlərin hazırlanması və təqdim olunmasında yardımçı ola bilər. Ali məktəblərə daxil olmaq üçün hazırlıq proqramı çərçivəsində şirkətimiz Sizin üçün Praqa şəhərində Çex dili kurslarında tədris , dili öyrənməklə yanaşı, kompleks şəklində Çexiya ali məktəblərinə qəbul olunmaq üçün keyfiyyətli hazırlıq keçməyə şərait yaradır.

Bu kurslar, müddəti 2 aydan 10 ayadək olmaqla,  ildə 5 dəfə təşkil olunur, yəni, Çex dilini öyrənmək üçün Siz münasib bildiyiniz vaxtda kursa başlaya bilərsiniz. İllik ödəniş 2000-4000 avro arasındadır. Dil kursları xüsusi metodika üzrə aparılır, tədris vəsaitləri Sizə pulsuz təqdim olunur. Kursu bitirdikdən sonra Siz Sertifikat almaq üçün Çex dilindən dövlət imtahanı verməli olacaqsınız - bu, Çexiyanın bütün özəl universitetlərinin qapısını üzünüzə açıq olması deməkdir. İmtahan ödənişsizdir. Bundan əlavə, kursu bitirən şəxslərə ölkənin bəzi ali məktəblərinə qəbul imtahanları vermədən daxil olmaqda yardım göstərilə bilər.  Kursu bitirdikdən sonra Siz, hazırlıq proqramına müvafiq olaraq, istənilən ali məktəbin istənilən ixtisasına qəbul oluna bilərsiniz. Kurs müdavimlərinə Praqada yaşayış yeri probleminin həllində də yardım göstərilir.

Bununla yanaşı, «LS Inter-Invest» Siz hələ Çexiyaya getməzdən əvvəl, Praqada kurslara daha hazırlıqlı getməyiniz üçün Bakıda ilkin hazırlıq kursları təşkil etmişdir.



Ən effektiv təhsil proqramı!
Praqada ən böyük hazırlıq mərkəzində
Daxil olmanın zəmanəti!