Restoran

Restoran işlətmək aşağıda göstərilən və heç də az əhəmiyyət kəsb etməyən faktorlara görə Çexiyada biznesin ən gəlirli növlərindən biri hesab olunur:

- turizmin inkişafının yüksək səviyyəsi;
- yerli əhalinin həyat tərzi.

Çexiyada turistlərin çox və yerli əhalinin yaşam tərzinin firavan olması hesabına buradakı səviyyəliı restoranlar demək olar, bütün təqvim ili ərzində müştərilərlə dolu olur. Praqada restoranların sayı-hesabı yoxdur, bununla belə, əvvəlcədən sifariş verməsəniz, axşamtərəfi yaxşı restoranlarda yer tapmaqda çətinlik çəkə bilərsiniz. Yeri gəlmişkən, bir məqamı xüsusi vurğulamağa dəyər ki, yerli əhali başqalarından daha çox çex milli mətbəxinə üstünlük verir. Buna görə məsləhət görərdik ki, restoran açmaq istəsəniz, turistlərin daha çox səyahət etdikləri əraziləri seçəsiniz. Digər tərəfdən, Siz yaxşı bir yerdə, məsələn Praqanın, necə deyərlər, "yataq rayonlarından"  hər hansı birində çex restoranı açsanız, özünüz üçün yüksək və stabil gəlir təmin edə bilərsiniz.

 

LS İNTERİNVEST şirkəti bu istiqamətdə də Sizə aşağıdakı xidmətləri göstərməyə hazırdır:

- satın almaq və ya icarəyə götürmək üçün kommersiya binaları, yaxud hazır biznes üzrə təkliflər tapmaq;
- firmanı Çexiyada qeydiyyatdan keçirmək və zəruri olan lisenziyaları almaq;
- Sizin üçün (həmçinin ailə üzvləriniz və ortaqlarınız üçün) biznes-vizaların tərtib edilməsində köməklik göstərmək;
- Sizə və Sizin Çexiyadakı biznesinizə zəruri hüquqi və məsləhət dəstəyini təmin etmək.



Ən effektiv təhsil proqramı!
Praqada ən böyük hazırlıq mərkəzində
Daxil olmanın zəmanəti!