Otel

Otel biznesi, turizmin inkişaf səviyyəsinin yüksək olduğu bütün ölkələr kimi, Çexiyada da olduqca sərfəli sahə sayılır. Təkcə Praqada otellərin sayı yüzlərlədir. Çexiyanın bütün ərazisi boyunca müxtəlif təmayüllü və təyinatlı – kiçik ailəvi pansionlardan və orta əsr qalaları bazası əsasında yenidən qurulmuş otellərdən tutmuş, dünyanın ən məşhur və iri otel komplekslərinin nümunələrinə qədər çoxlu sayda otellər fəaliyyət göstərir. Ayrı-ayrılıqda onların hər birinə tələbat var və onlar, düzgün qaydada istismar edildikdə, kifayət qədər yüksək və stabil gəlir gətirirlər.

Çexiyada Siz öz otel biznesinizə münasib daşınmaz əmlak əldə edib sonradan onu yenidən qurmaqla və s. , yəni "sıfırdan", ya da fəaliyyətdə olan hazır otel, qəsr və yaxud pansion almaqla başlaya bilərsiniz. Birinci halda Sizə az həcmdə investisiya lazım olacaq; ikinci halda isə - böyük həcmdə investisiya, amma az risk payı ilə.

Yerindən, sahəsinin yararlılıq dərəcəsindən, təmirin vəziyyətindən və s. asılı olaraq, bu tipli daşınmaz əmlakın qiyməti, necə deyərlər, çox və hissolunacaq dərəcədə “oynayır”. Buna baxmayaraq, o qədər də böyük olmayan pansionu hətta 150.000 avrodan başlayaraq almaq tam realdır.

Çexiyada özəl otel – bu, qiyməti daim artan daşınmaz əmlak, üstəgəl yüksək stabil gəlir deməkdir.

 

LS İNTERİNVEST firması bunlarla bağlı Sizin üçün aşağıdakı xidmətləri göstərməyə hazırdır:

- münasib binalar, yaxud hazır biznes üzrə təkliflər tapmaq;
- firmanı Çexiyada qeydiyyatdan keçirmək və zəruri olan lisenziyaları almaq;
- Sizin üçün (həmçinin ailə üzvləriniz və ortaqlarınız üçün) biznes-vizaların tərtib edilməsində köməklik göstərmək;
- Sizə və Sizin Çexiyadakı biznesinizə zəruri hüquqi və məsləhət dəstəyinin təmin edilməsi.



Ən effektiv təhsil proqramı!
Praqada ən böyük hazırlıq mərkəzində
Daxil olmanın zəmanəti!